15 Aprel 2026, 22:39
FUTBOL
"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatelli ilə yeni müqavilə imzalamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
28 yaşlı oyunçunun Turin klubu ilə yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutlub. Hazırkı müqaviləsi isə 2028-ci ilə qədərdir.
Yeni müqavilə imzalanarsa, yarımmüdafiəçinin maaşı təxminən 4 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Lokatelli bu mövsüm 41 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.












