PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma fevralın 24-də keçiriləcək. 
 
Ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı.
 
PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.
 
24 fevral (çərşənbə axşamı)
 
15:00.“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest