Türkiyə Super Liqasında XXI turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Qalatasaray"dan 3 xal geri qalırlar. 22 xalı olan "Gənclərbirliyi" isə 11-ci yerdədir.

"Fənərbaxça" - "Gənclərbirliyi" 3:1
Qollar:
Talişka, 16 (pen), Kərəm Aktürkoğlu, 27, 34 - Seku Koyta, 55

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest