10 Fevral 2026, 11:04
FUTBOL
Braziliyalı ulduz hücumçu Neymar bazar günü "Velo klub" ilə oyun üçün "Santos"un heyətinə qayıtmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "ge globo" paylaşıb.
Neymar sonuncu dəfə 2 ay əvvəl, "Kruzeyro" ilə oyunda meydana çıxıb.
Dekabrın sonunda hücumçu medial menisküsünün yırtığı səbəbindən artroskopiya edilib.
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.










_1770737324.png)

