Portuqaliya milli komandası Joze Mourinyonu yığmanın baş məşqçisi olmağa dəvət etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Bildirilir ki, təklif Roberto Martinesin müqaviləsi bitdikdən sonra veriləcək. Martinesin müqaviləsi isə 31 iyul 2026-cı ilə qədərdir.
Mourinyo hazırda Lissabonda "Benfika"nı çalışdırır. 63 yaşlı məşqçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Portuqaliya millisi hazırkı məşqçilər korpusu ilə dünya çempionatına vəsiqə qazanıb. Onlar 6 oyundan 13 xal qazanaraq F qrupunda birinci yeri tutublar.
Qeyd edək ki, bu, Portuqaliyanın dünya çempionatında ardıcıl yeddinci dəfə iştirak etməsidir. Qarşıdan gələn 2026-cı il turniri 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.










_1770737324.png)

