10 Fevral 2026, 16:10
FUTBOL
"Atletiko" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Matc.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Atalanta"da çıxış edən Edersondur. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Madrid təmsilçisi braziliyalı yarımmüdafiəçini yayda transfer etməyi planlaşdırır. "Atletiko" 26 yaşlı yarımmüdafiəçi üçün yaxın günlərdə İtaliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Ederson bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.









_1770737324.png)


