"Turan Tovuz" Moskva "Lokomotiv"inə məxsus olan müdafiəçi Mark Rene Mampassini heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 22 yaşlı futbolçu icarə əsasında mövsümün sonunadək Tovuz klubunun şərəfini qoruyacaq.

Donetsk "Şaxtyor"unun yetirməsi olan müdafiəçi karyerası ərzində Ukraynada "Mariupol", Türkiyədə "Antalyaspor", Belçikada isə "Kortriyk"in formasını geyinib.

Ukrayna Premyer Liqasında "Mariupol"un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest