10 Fevral 2026, 22:43
FUTBOL
"Jirona" ispan qapıçısı Ruben Blanko ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Selta" və "Marsel"in 30 yaşlı sabiq qapıçısı komandaya azad agent kimi qoşulub. Onun müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Jirona"nın yeni transferi Mark-Andre ter Ştegen bud əzələsindən zədə alıb və əməliyyat olunmağa məcbur olub. O, təxminən 3 ay oynaya bilməyəcək.












