"Mançester Siti"nin hücumçusu Erlinq Haland futbolçular arasında ən yaxşı dostunun adını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA Çempionlar Liqasının rəsmi saytı paylaşıb.

"Futbolda ən yaxşı dostum? Yəqin ki, "Liverpul"dan olan Soboslai", - deyə Haland açıqlama verib.

Oyunçular 2019-cu ildə "Salzburq"da birlikdə oynayıblar. Haland "Borussiya"ya keçməzdən əvvəl Avstriya klubunda 16 oyun keçirib, 17 qol vurub.

Bu mövsüm Haland "Mançester Siti"də bütün yarışlarda 37 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. Haland həmçinin Norveç millisində DÇ-2026-nın seçmə mərhələsində 8 oyun keçirib və 16 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest