17 Fevral 2026, 16:24
FUTBOL
"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Liverpul"da çıxış edən Aleksis Mak Allisterdir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Transferin baş tutma ehtimalı o qədər də yüksək qiymətləndirilmir. Lakin "MançesterYunayted" argentinalı yarımmüdafiəçini heyətinə qatmaq üçün cəhd göstərəcək.
Qeyd edək ki, Aleksis Mak Allister bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 37 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib. 27 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.






_1771343397.jpg)
_1771341431.jpg)




