"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib.

Matc.az xəbər verir ki, nigeriyalı forvard müsahibəsində "Napoli"də çıxış etdiyi dövrü xatırlayıb. 27 yaşlı futbolçu 

“Napolidə oynayarkən növbəti yay ayrılmağımla bağlı centlmen razılaşması etmişdik. Lakin qarşı tərəf bu öhdəliyini tam yerinə yetirmədi. Məni hara gəldi göndərməyə çalışırdılar, mənimlə it kimi davranırdılar. Bura get, ora get, bunu et, onu et... Karyera qurmaq üçün çox əziyyət çəkmişəm və belə münasibəti qəbul edə bilməzdim. Mən kukla deyiləm.”

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində "Napoli"dən 75 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest