"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Sperantsa" klubuna qarşı keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb. Mat.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 18-də Bakıda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Görüş "Bakcell Arena"da keçiriləcək.

Bu komandalar arasındakı ilk oyun iyulun 11-də, Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq və saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest