"İnter" "Tottenhem"in qapıçısı Qulyelmo Vikarionu transfer etmək istəyir.

Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının lideri italiyalı qolkiperi yayda müqaviləsi başa çatan Yann Zommerə əvəzləyici kimi düşünür.

İngiltərə klubu Vikarionun qiymətini müəyyənləşdirib. "Tottenhem" 29 yaşlı "əlcək sahibi" üçün 25 milyon avro tələb edəcək.

Qeyd edək ki, Qulyelmo Vikari bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 37 oyunda qapısında 52 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest