24 Fevral 2026, 12:39
FUTBOL
Feliks Nmeça mövsümün sonunda "Borussiya"dan ayrıla bilər.
Matc.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Avropanın böyük klublarının transfer siyahısında yeer alıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Nmeça özü də yayda komandadan ayrılmaq istəyir. Bunu nəzərə alan Dortmund təmsilçisi 25 yaşlı futbolçuya 70 milyon avro qiymət qoyub. Bu məbləği ödəyən klub oyunçunu transfer edə bilər.
Qeyd edək ki, Feliks Nmeça bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 35 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.







_1771937039.jpeg)
_1771936157.jpg)



