23 Fevral 2026, 16:39
FUTBOL
UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Yuventus"la "Qalatasaray" arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, oyunu Portuqaliyadan olan Joau Pineyru idarə edəcək. Ona yan xətlərdə həmyerliləri Brunu Jezusla, Lusianu Maya köməklik göstərəcəkər.
Dördüncü hakim funksiyasını Joau Qonçavles yerinə yetirəcək. VAR-da polşalı Tomaş Kviatkovski, AVAR-da isə fransalı Jerom Brisar olacaq.
Qeyd edək ki, "Yuventus" - "Qalatsaray" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Türkiyədə keçirilən ilk matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.








_1771858955.jpg)



_1771851421.jpg)