24 Fevral 2026, 13:24
FUTBOL
Mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni "Yuventus"da qalacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A Seriyası nəhəngi ABŞ millisinin üzvü ilə yeni sözləşmənin şərtlərini razılaşdırıb. Yaxın günlərdə 27 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Ueston Makkenni bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 7 qol vurub, 7 qol ötürməsi edib.






_1771937039.jpeg)

_1771936157.jpg)



