UEFA Avropa Liqası pley-off mərhələsinin "Nottingem Forest"lə "Fənərbaxça" arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Mauritsio Mariani olacaq. Ona yan xətt hakimləri Daniele Bindoni və Alberto Teconi köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Matteo Marketti yerinə yetirəcək. VAR-da Marko Di Bello, AVAR-da isə Daniele Kiffi əyləşəcək.

Qeyd edək ki, "Nottingem Forest" - "Fənərbaxça" qarşılaşması fevralın 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Türkiyədə keçirilən ilk matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest