23 Fevral 2026, 20:58
FUTBOL
"Atletiko"da 15 illik Dieqo Simeone dövrü başa çata bilər.
Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Argentinalı mütəxəssisin növbəti mövsümdə "İnter"i çalışdıracağı iddia olunur. Simeoneninj Milan təmsilçisi ilə ilkin razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından "Atletiko"nun baş məşqçisi vəzifəsində çalışır. Madridlilər onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub, iki dəfə UEFA Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.

_1771884853.jpg)










