“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif və tövsiyə aldım. Bu günə qədər bu və ya digər səbəbdən onların heç biri reallaşmayıb, lakin mən hələ də yeni təkliflərə açığam".
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş "Bola na Rede" nəşrinə açıqlama verib.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yığmamızdan ayrıqdıqdan sonra təkliflər aldığını deyib:
“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif və tövsiyə aldım. Bu günə qədər bu və ya digər səbəbdən onların heç biri reallaşmayıb, lakin mən hələ də yeni təkliflərə açığam. Səudiyyə Ərəbistanı liqası danılmaz keyfiyyətə və beynəlxalq tanınmaya malik real bir liqadır. Təbii ki, adım ətrafında müxtəlif söz-söhbətlər dolaşır və mən bir neçə təklif də almışam. Amma hazırda onların haradan gəldiyini deməməliyəm”.




_1771945993.jpg)





_1771937039.jpeg)

_1771936157.jpg)