AFFA və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib.
Matc.az xəbər verir ki, 14 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 6 komanda mübarizə aparıb. Dalğa Məşq Mərkəzində baş tutan final qarşılaşmasında “Atəşgah”ı (Suraxanı) 4:0 hesabı ilə məğlub edən “Binə” komandası turnirin qalibi olub. “Atəşgah” isə ikinci yeri tutub.
Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Kubok qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov tərəfindən təqdim edilib.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycan futbolunun parlaq simalarından olmuş mərhum Anatoli Banişevskinin xatirəsini yad etmək, eləcə də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdır.












_1771937039.jpeg)