24 Fevral 2026, 17:14
FUTBOL
"Fənərbaxça" "Göztepe"nin yarımmüdafiəçisi Arda Okan Kurtulanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul nəhəngi Albaniya U-21 millisinin üzvü üçün təklif göndərib. İzmir klubu 23 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Arda Okan Kurtulan bu mövsüm "Göztepe"nin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.










_1771945993.jpg)

