Sabah Topaz Premyer Liqasında IX tura start veriləcək. Matç.az saytı xəbər verir ki, turun görüşləri iki gün ərzində baş tutacaq.

Bütün qarşılaşmaları Bakıda baş tutacaq tura "Əlincə Arena"da start veriləcək. çempionatın debütantı "Sabah" "Zirə"ni sınağa çəkəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan Samir Abasovun yetirmələri səfər matçında qələbə qazanmaqla bir addım irəliləməyə çalışacaq. Elşad Əhmədovun komandası isə sürprizi olduğu çempionatda növbəti qələbəsinə köklənib.

İlk oyun günü "Sumqayıt"la "Qəbələ" arasında matçla yekunlaşacaq. Turnir cədvəlinin qonşuları "Dalğa Arena"da görüşəcək. ötən tur uğursuzluq zolağından çıxan Sənan Qurbanovun yetirmələri cari mövsümdə səfər sindromundan əziyyət çəkir. Rəqib meydanında ilk xalını qazanmaq əzmində olan qonaqlar qələbə ilə "Sumqayıt"ı keçməyə çalışacaq. Nazim Süleymanovun komandası isə ötən tur aldığı ev məğlubiyyətini unurdurmalıdı.

İlk qələbəsini ötən tur bayram edən "Keşlə" 3-cü pillənin gözlənilməz sahibi "Səbail"lə qarşılaşacaq. Qazandığı qələbələrin yarısını texniki yolla qazanan Aftandil Hacıyevin yetirmələri mövqeyini qorumaq üçün turu itkisiz başa vurmalıdı. Mladen Milinkoviçin komandası isə turnir cədvəlinin zirzəmisindən uzaqlaşmaq niyyətindədi.

Həftə Azərbaycan çempionatlarının iki daimi iştirakçısı "Neftçi" və "Qarabağ" arasında derbi ilə yekunlaşacaq. ölkənin ən titullu klubları ilk iki pillədə qərarlaşdığı mövsüm 2-ci dəfə üz-üzə gələcək. 16 oyundu meydanı qolsuz tərk etməyən "ağ-qaralar" Roberto Bordinin rəhbərliyi altında növbəti qələbəsinə köklənib. "Səbail" və "Vorskla" məğlubiyyətlərindən sonra özünəinamı qaytarmağa borclu olan Qurban Qurbanovun yetirmələri də çempionatdakı əsas rəqibi ilə duelə 3 xal üçün çıxacaq. Bu matç liderlərin zirvə savaşı sayılır. çünki ağdamlılar qələbə ilə zirvəni ələ keçirə bilərsə, "ağ-qaralar" mövqeyini qorumaq üçün 1, ehtiyatda oyunu olan rəqibindən uzaqlaşmaq üçün 3 xa qazanmalıdı.

 

Topaz Premyer Liqası

IX tur

27 oktyabr (şənbə)

16:00. "Sabah" – "Zirə"
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məlik Həsənov
"Əlincə Arena"

18:00. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
"Dalğa Arena"

28 oktyabr (bazar)

15:00. "Səbail" – "Keşlə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov 
Hakim-inspektor: Məhəmməd Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 
"Bayıl Arena"

17:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə  
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Şaiq Həmidov 
"Bakcell Arena" 

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16-6

19

2

Qarabağ

7

5

1

1

13-7

16

3

Səbail

8

4

1

3

10-10

13

4

Sabah

8

4

1

3

6-8

13

5

Sumqayıt

8

3

1

4

8-9

10

6

Qəbələ

8

2

2

4

10-11

8

7

Keşlə

7

1

2

4

6-10

5

8

Zirə

8

1

1

6

6-14

4

Bombardir: Marko Deviç (Sabah) – 5.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest