"Zalsburq"un futbolçusu Munas Dabbur 1-ci pilləyə yüksəlib - 6930 xal. Zirvəni əldən verən "Bayer"li Kay Havertsin 6139 xalı var. İlk "üçlüy"ü "Ayntraxt"lı Filip Kostiç qapayır - 5799 xal.

Avropa Liqasında çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, III turun dünən keçirilən qarşılaşmaları siyahıda bir sıra dəyişikliklərə səbəb olub.

"Zalsburq"un futbolçusu Munas Dabbur 1-ci pilləyə yüksəlib – 6930 xal. Zirvəni əldən verən "Bayer"li Kay Havertsin 6139 xalı var. İlk "üçlüy"ü "Ayntraxt"lı Filip Kostiç qapayır – 5799 xal.

Ən yaxşı Azərbaycan futbolçusu adının sahibi də dəyişib. "Qarabağ"da çıxış edən Qara Qarayev 887 xalla 531-ci yerə yüksəlib. O, 814 xalla 551-ci pilləyə yuvarlanan "Astana"dakı təmsilçimiz Riçard Almeydanı keçib. 611-ci olan Maksim Medvedevin hesabında 653 xal var.

Qara Ağdam təmsilçisinin heyətində 3-cüdü. Onu iki legioner qabaqlayır. Abdullah Zubir 1611 xalla 305-ci sıraya qədər irəliləyibsə, 1213 xalla Donald Gerye 418-ci yerə sıçrayıb.

Qeyd edək ki, çempionumuzun mübarizə apardığı E qrupunun ən yaxşısı Pyer-Emerix Obameyanqdı. "Arsenal"ın qabonlusu 4027 xalla 18-cidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest