"çox çətin oyun oldu. Buna baxmayaraq, əsas odu ki, Poltavaya 3 xalla döndük". Matç.az saytının məlumatına görə, bu sözləri "Vorskla"nın hücumçusu Vladislav Kulaç deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan Ukrayna klubuna qələbə gətirən yeganə qola məhz Kulaç imza atıb – 1:0.

Yerli mətbuata açıqlama verən 25 yaşlı forvard yaxşı oynadıqlarını söyləyib: "Qarabağ" yüksək səviyyəli komandadı. Onların yaxşı oyunçuları var və Azərbaycan çempionatının lideridilər. Demək olar ki, həmişə daxili yarışda birinci yerdə gedirlər. Bu üzdən "Qarabağ"a qarşı oynamaq çətin idi. Buna baxmayaraq, biz də yaxşı çıxış etdik. İlk hissədə bir qədər qarışıqlıq oldu. Ancaq ciddi bir şey baş vermədi. Əsas odu ki, ikinci hissədə vəziyyəti düzəltdik və hər kəs necə oynamaq lazım olduğunu bildi. Fasilədən sonra daha inamlı çıxış etməyimiz aydın görünürdü. Diqqət yetirin, neçə dəfə əks-hücuma keçdik. Bəzən iti əks-hücum qura biləcəyimiz vaxt topu saxlamağa üstünlük verirdik ki, boş yerə ora-bura qaçmaqdansa topu nəzarətdə saxlamaqla dincələk".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest