Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada hazırlığını davam etdirir. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Baş məşqçi Qurban Qurbanov yetirmələrini "Ufa" ilə qarşılaşmada sınayacaq. Rusiya təmsilçisi ilə görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Bu, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində 3-cü yoxlama matçı olacaq. Azərbacyan çempionu buna qədər “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Universitatya Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb.

 

Yoxlama görüşü

28 iyun

"Qarabağ" - "Ufa" (Rusiya) - 2:1
Qollar: Zubir, 54; Miçel, 62  - Bizyak, 76-pen  

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5.Maksim Medvedev, 6. Simeon Slavçev, 8.Miçel, 10. Dani Kintana, 11.Mahir Emreli, 17.Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest