"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni mövsümün hazırlıqlarına başlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi bu məqsədlə Avstriyaya yollanıb.

Tulalılar ordakı toplanış çərçivəsində bir neçə yoxlama görüşü keçirməyi planlaşdırırlar. "Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Rusiyada, cavab görüşü isə avqustun 1-də rəqib meydanında keçiriləcək.

Qeyd edək ki, "Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest