"Çelsi"nin heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, London təmsilçisinin kapitanı Ris Ceyms sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərəli futbolçu ayaq əzələsindən zədə alıb. 26 yaşlı sağ cinah müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ris Ceyms bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest