"Fulhem" "Milan"dan icarəyə götürdüyü Samuel Çukvuezenin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Nigeriyalı vinger oyunu ilə Premyer Liqa təmsilçisinin məşqçilər korpusunun etimadını qazana bilib. London klubu 26 yaşlı futbolçu üçün 24 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Fulhem" Samuel Çukvuezeni mövsümün əvvəlində icarəyə götürüb. O, komandanın heyətində keçirdiyi 20 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest