"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem milli komandanın 2026-cı il dünya kuboku üçün perspektivləri barədə danışıb.
Matc.az xəbər verir ki, o, milli komanda ilə bağlı nikbin fikirlər səsləndirib.
"Düzünü desəm, düşünürəm ki, biz əla vəziyyətdəyik, ola biləcəyimiz ən yaxşı mövqedəyik. Çox gənc, istedadlı bir komandamız var və karyerasının ən yaxşı formasını yaşayan əla kapitanımız var. Harri Keynlə birlikdə biz çox şeyə qadirik. O, əla liderdir.
Düşünürəm ki, Tomas Tuxel heyət seçimində və komandanı idarə etməkdə çox diqqətlidir. İngiltərənin bu dünya çempionatında uğur qazanması üçün hər detala diqqət yetirmək lazımdır", - deyə Bekhem açıqlama verib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.












