01 Aprel 2026, 17:53
FUTBOL
"Atalanta" müdafiəçisi Onest Ahanor karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İtaliyalı futbolçu "Real"ın maraq dairəsinə düşüb. "Kral klubu" 18 yaşlı mərkəz müdafiəçisini yaxından izləyir. Madrid nəhəngi gənc oyunçu üçün İtaliya klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Atalanta" Onest Ahanoru mövsümün əvvəlində "Cenoa"dan transfer edib. O, Berqamo təmsilçisinin heyətində 28 oyun keçirib, 1 qol vurub.












