Erve Renar Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi postundan istefaya göndəriləcək.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Fransalı mütəxəssislə uğursuz nəticələrə görə yollar ayrılır. 57 yaşlı məşqçinin rəhbərlik etdiyi kollektiv son iki oyunda məğlub olub. Ərəblər Misir yığmasına 0:4, Serbiya isə 1:2 hesabı ilə uduzub.

Renar komandanın başına 2024-cü ilin oktyabrında keçib. O, daha əvvəl də bu yığmada çalışıb (2019-2023-cü illər).

Qeyd edək ki, Səudiyyə Ərəbistanı seçməsi DÇ-2026-nın H qrupunda İspaniya, Kabo-Verde və Uruqvayla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest