01 Aprel 2026, 20:36
FUTBOL
"Liverpul" və İsveç millisinin hücumçusu Aleksandr İsak ciddi zədədən sonra tam sağalıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionlarının mətbuat xidməti məlumat yayıb.
"Liverpul"un baş məşqçisi Arne Slot İsakın aprelin 2-də tam heyətlə məşqlərə başlayacağını açıqlayıb.
Xatırladaq ki, İsak Premyer Liqada "Tottenhem"ə qarşı oyunda (20 dekabr 2025-ci il) zədə alıb.
Zədədən əvvəl Aleksandr "Liverpul"da bütün yarışlarda 16 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. İsveçli hücumçunun klubla müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.












