"Mançester Siti" Rodri ilə müqavilənin uzadılması istiqamətində işlərə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Klub ispaniyalı futbolçuya artıq yeni müqavilə təklifi edib. Qərarın qəbul olunmasında 29 yaşlı oyunçunun ailəsi mühüm rol oynayır. Klub rəhbərliyi digər böyük komandaların mümkün marağından əvvəlcədən sığortalanmaq istəyir.
Əgər Rodri yeni şərtlərlə razılaşmasa, "Mançester Siti" rəhbərliyi onu yayda transferə çıxarmağa hazırdır. Premyer Liqa nəhəngi 29 yaşlı dayaq yarımmüdafiəçisinə yüksək qiymət təyin etməyi planlaşdırır.
Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 28 oyunda 2 qol vurub. Onun klubla hazırkı sözləşməsi gələn ilin yayında başa çatırı








_1775223451.jpg)



