Lionel Messinin Argentina milli futbol komandasının heyətində dünya çempionatında çıxış edib-etməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Matc.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "İnter Mayami"nin futbolçusunun yekun heyətə daxil ediləcəyinə zəmanət verilmir. Əsas risk faktorları kimi onun tez-tez zədələnməsi və yaşının fiziki hazırlığına təsir göstərə biləcəyi qeyd olunur.

Buna baxmayaraq, Argentina millisinin baş məşqçisi Lionel Skaloni daha əvvəl 38 yaşlı vingerin turnirdə iştirak qərarı verəcəyinə ümid etdiyini bildirib.

Lionel Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, bu müddət ərzində 198 oyun keçirib və 116 qol vurub.

Qeyd edək ki, DÇ-2026 iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest