03 Aprel 2026, 15:53
DÇ-2026
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatı ərəfəsində əhval-ruhiyyəsi ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis turnir öncəsi həyəcan hiss etmədiyini və kollektiv daxilindəki atmosferdən razı olduğunu vurğulayıb:
"Dünya çempionatı öncəsi həyəcanlı deyiləm. Çox xoşbəxtəm, motivasiyalıyam və özümə güvənirəm. Düşünürəm ki, komandamızın əla strukturu və kollektiv daxilində müsbət atmosfer var. Çempionat öncəsi sakitik".
Qeyd edək ki, Braziliya milli komandası dünya çempionatının final mərhələsinin C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.












_1775223451.jpg)