03 Aprel 2026, 15:17
FUTBOL
"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundə Deportivo" nəşri məlumat yayıb.
"Çelsi", "Mançester Siti" və "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. İspaniya klubu Kundeni satmağın əleyhinə deyil. Kataloniya təmsilçisi 27 yaşlı sağ cinah müdafiəçisi üçün 87 milyon avro tələb edir.
Qeyd edək ki, Fransa yığmasının üzvü olan Jül Kunde bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 40 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.











_1775223451.jpg)
