"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Matc.az xəbər verir ki, Masazır klubunun son potensial rəqibi 80 xalla 18-ci dəfə Uels çempionatının qalibi olan TNS komandasıdır.
Bununla da, Çempionlar Liqasının püşkatmasında səpələnməmişlər səbətində yer alacaq "Sabah"ın 14 potensial rəqiblərinin hamısı müəyyənləşib:
"Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Drita" (Kosovo), "Linkoln" (Cəbəllütariq), "Boraç" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Universitatya Krayova" (Rumıniya), "Larne" (Şimali İrlandiya), "Riqa" (Latviya), " Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Petrokub" (Moldova) və TNS (Uels).
Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Mərhələnin oyunları isə 7-8 iyul və 14-15 iyul tarixlərində baş tutacaq.













