11 Aprel 2026, 10:17
FUTBOL
"Liverpul"un baş məşqçisi Arne Slot istefa vermək niyyətində deyil.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
O, həmçinin klub rəhbərliyinin də onu işdən çıxaracağını gözləmir.
"Bu mövsüm bütün uğursuzluqlara baxmayaraq, klub sahiblərinin və rəhbərliyinin dəstəyini hiss edirəm. Təəccüblüdür ki, azarkeşlərdən də dəstək görürəm.
"Mançester Siti" İngiltərə Kubokunda açıq-aydın daha güclü idi, amma azarkeşlər yenə də bizi dəstəklədilər və komandanı alqışladılar. Onların tam dəstəyini hiss edirəm və işləməyə davam edirəm", - Slot deyib.
Xatırladaq ki, "qırmızılar" Çempionlar Liqasının 1/4 finalının ilk oyununda PSJ-yə məğlub olub. Komanda həmçinin İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti"yə də uduzub.












