"Santos"un hücumçusu Neymar karyerasını MLS-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, "Sinsinnati" klubu artıq 34 yaşlı braziliyalı futbolçunu transfer etmək üçün ilk addımlarını atıb. Amerika klubunun nümayəndələrinin oyunçunun ətrafındakılarla ilkin məsləhətləşmələr apaıb.

Hazırda MLS klubunun rəhbərliyinin iki əsas məqsədi var. Oyunçunun maliyyə tələblərini (əmək haqqı gözləntiləri və transfer bonusu) müəyyən etmək və Neymarın ABŞ-a köçməklə bağlı istəyini dəyərləndirmək.

Prosesin çox erkən mərhələdə olduğu və hələlik heç bir rəsmi təklifin olmadığı vurğulanır.

"Sinsinnati" dünya səviyyəli oyunçular üçün rəqabət aparmağa kifayət qədər maliyyə resursları və müasir imkanları olduğuna əmindir. Klub Lionel Messinin "İnter Mayami"dəki təcrübəsindən liqanın super ulduzları karyeralarının sonlarında inteqrasiya etməyə hazırlığının nümunəsi kimi istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Neymarın doğma klubu "Santos" ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest