"İnter"in müdafiəçisi Alessandro Bastoni "Barselona"nın marağına baxmayaraq, klubdan ayrılmaq niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri oyunçunun yaxın çevrəsinə müraciət ediblər, lakin əsaslı danışıqlar aparılmayıb. Oyunçunun özü mövqeyində qətiyyətli olaraq qalır və Milan klubunda oynamağa davam etmək niyyətindədir. "İnter" də Bastonini müdafiədə əsas oyunçu hesab edir.

Xatırladaq ki, ötən həftə "İnter"in "Barselona"nın Bastoni üçün ilkin 45 milyon avroluq təklifini rədd etdiyi və ən azı 60 milyon avroluq ödəniş tələb etdiyi barədə məlumatlar yayıldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest