Tanınmış yapon yarımmüdafiəçisi Keysuke Honda bu yay karyerasını "Juronq"da davam etdirmək qərarına gəlib.
Tanınmış yapon yarımmüdafiəçisi Keysuke Honda bu yay karyerasını "Juronq"da davam etdirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə Sinqapur klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Honda 2026/27 mövsümünü "Juronq"da keçirəcək. 39 yaşlı yapon yarımmüdafiəçisi 2024-cü ildən, yəni Butanın "Paro" klubunda oynadığı vaxtdan bəri klubsuz qalıb.
Honda etiraf edib ki, qol vurduğu ölkələrin sayına görə dünya futbol rekordu qırmaq üçün karyerasını bərpa edir. İndiyə kimi o, 10 ölkədə - Azərbaycan, Yaponiya, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya, Litva və Butanda futbol oynayıb.
"Juronq"da oynamaq imkanı əldə etdiyim üçün çox şadam. Bu il 40 yaşım tamam olur və bir neçə şəxsi məqsədim var. Əsas olaraq, ölkə sayına görə əsas çempiontında qol vurmaq üzrə Ginnesin Rekordlar Kitabına düşmək. Amma bu klubda əsas məqsədim çempionluğu qazanmaqdır. Çox güclü rəqiblər var, ona görə də bu asan olmayacaq, amma mən buna nail olmağa qərarlıyam", - Honda deyib.
Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin mart ayında "Neftçi"yə transfer olunub. O, "ağ-qaralar"ın heyətində 7 oyunda 2 qol vurub.












