"Bavariya" və Seneqal millisinin hücumçusu Nikolas Cekson karyerasını "Milan"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Corriere dello Sport" yayıb.

Cekson hazırda "Bavariya"da icarə əsasında çıxış edir və onun hüquqları "Çelsi"yə məxsusdur. Lakin Almaniya çempionu 24 yaşlı seneqallı futbolçunu almaq üçün seçimlərini aktivləşdirməyi planlaşdırmır.

Bu arada, "Milan" növbəti mövsüm üçün hücum xəttini gücləndirməyə çalışır. Ceksondan başqa, Səudiyyə Ərəbistanı çempionatında oynayan Mateo Reteqi və Darvin Nunes də nəzərdən keçirilir.

Qeyd edək ki, bu mövsüm Cekson "Bavariya"da bütün yarışlarda 26 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest