20 Aprel 2026, 15:59
FUTBOL
"Bavariya"nın futbolçusu Serj Qnabri sıradan çıxıb.
Matc.az xəbər verir ki, almaniyalı futbolçunun sağ ayaq əzələsində yırtıq aşkarlanıb.
Qnabri üç ay yaşıl meydanlardan uzaq qalacaq. 30 yaşlı forvard yayda keçiriləcək dünya çempionatında Almaniya millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Serj Qnabri bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 10 qol vurub, 11 qol ötürməsi edib.





_1776698575.jpg)






