21 Aprel 2026, 10:22
FUTBOL
İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.
Matc.az xəbər verir ki, "Vulverhempton"un elitanı tərk edəcəyi dəqiqləşib.
"Qurdlar" 33 turdan sonra 17 xal toplayıb. 17-ci pillədə olan "Vest Hem" "Kristal Pelas"la heç-heçə etdikdən sonra xallarını 33-ə yüksəldib. Bu isə "Vulverhempton"un qarşıdakı beş tur ərzində xal fərqini aradan qaldıra bilməyəcəyi deməkdir.
Klub növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.

_1693390777.png)










_1776716279.jpg)