20 Aprel 2026, 17:32
FUTBOL
"Çelsi" Alexandro Qarnaçonu satmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
Argentinalı vingerin performansı London təmsilçisinin məşqçilər korpusunu qane etmir. Klub 21 yaşlı futbolçu üçün yayda gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Çelsi" Alexandro Qaraçonu mövsümün əvvəlində "Mançester Yunayted"dən 46 milyon avroya transfer edib. Argentina millisinin üzvü "mavilər"in heyətində keçirdiyi 39 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.








_1776698575.jpg)



