Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan David Alaba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Mançester Yunayted" avstriyalı futbolçunun xidmətində maraqlıdır. Alaba yayda azad agent statusunda olacaq. "Qırmızı şeytanlar" buna görə 33 yaşlı mərkəz müdafiəçisinə maraq göstərir. Klub yaxın vaxtlarda təcrübəli oyunçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, David Alaba bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 13 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest