"Liverpul" mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Məhəmməd Salaha əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin əsas hədəfi "Leypziq"də çıxış edən Yan Diomandedir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İngiltərə klubu yaxın vaxtlarda Fil Dişi Sahili millisinin üzvü üçün danışıqlara başlamağa hazırlaşır. Klubu 19 yaşlı vinger üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Yan Diomande bu mövsüm "Leypziq"in heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 13 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest