"Fənərbaxça" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Super Liqa nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən Pape Matar Sarrdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" seneqallı futbolçu üçün menecerlər vasitəsilə danışıqlara başlayıb. İstanbul təmsilçisi 23 yaşlı yarımmüdafiəçini yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, Pape Matar Sarr bu mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest