14 May 2026, 11:16
FUTBOL
Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Duşan Vlahoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça" serbiyalı hücumçunun xidmətində maraqlıdır. Super Liqa nəhəngi Vlahoviçlə danışıqlara başlamağı planlaşdırır. İstanbul təmsilçisi yayda azad agent statusunda olacaq 26 yaşlı forvarda yüksək maaş təklif edəcək.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 21 oyunda 8 qol vurub, 22 qol ötürməsi edib.


_1778759398.jpg)






_1778717518.jpg)



