14 May 2026, 10:40
FUTBOL
MLS-də XXIII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" səfərdə "Nyu York Red Bulz"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman da bu matçın iştirakçısı olub. 22 yaşlı hücumçu 85-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 13 turdan sonra 12 xal toplayan "Kolambus Kryu" Şərq Konfransında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.







_1778717518.jpg)





